Ordu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
"Prezidentlər müxtəlif istiqamətlərdə Rusiya-ABŞ əməkdaşlığının bərpası perspektivləri barədə fikir mübadiləsi aparıblar. Hər iki dövlət başçısının fikrincə, bu, böyük potensiala malikdir", - Y.Uşakov söyləyib.
Onun sözlərinə görə, söhbətin sonunda hər iki lider fikir mübadiləsini müsbət və çox məhsuldar adlandırıb. Prezidentlər Rusiya-Ukrayna nizamlanması da daxil olmaqla, təmasları davam etdirmək barədə razılığa gəliblər.
Ordu.az