Bastrıkin: "Bryansk və Kurskda terror aktlarını Ukrayna xüsusi xidmət orqanları təşkil edib"

2025/06/aleks-1749049499.jpg
Oxunub: 478     18:14     04 İyun 2025    
Bryansk və Kursk vilayətlərindəki dəmir yolundakı hər üç terror aktı Ukrayna xüsusi xidmət orqanları tərəfindən təşkil edilib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Rusiya Prezidenti Vladimir Putinin hökumət üzvləri ilə iclasında bildirib.

“Beləliklə, istintaqın topladığı sübutlar açıq şəkildə göstərir ki, hər üç terror aktı, şübhəsiz ki, Ukraynanın xüsusi xidmət orqanları tərəfindən təşkil edilib”, - deyib.

İstintaq Komitəsinin rəhbəri əlavə edib ki, terror aktlarının bütün icraçıları və təşkilatçılarının müəyyən edilməsi üçün cinayət işlərinin istintaqı davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bastrıkin   Bryansk   Kursk  


Bizi "telegram"da izləyin