Tramp “Qızıl Günbəz” üçün Yaponiya ilə əməkdaşlığı nəzərdən keçirir

2025/06/1749031509.jpg
Oxunub: 444     02:04     05 İyun 2025    
ABŞ prezidenti Donald Tramp Yaponiyanın Baş naziri Şiqeru İşiba ilə telefon danışığında özünün təklif etdiyi “Qızıl Günbəz” raketdən müdafiə sistemi üzərində iki ölkənin birgə işləyə biləcəyini müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə “Nikkei” məlumat yayıb.

Bu əməkdaşlıq təklifi Vaşinqtonla davam edən ticarət danışıqlarında Yaponiyanın əlini də gücləndirə bilər.

Tramp bu yaxınlarda 175 milyard dollara başa gələcəyi təxmin edilən “Qızıl Günbəz” sisteminin dizaynını seçdiyini açıqlamışdı. Proqrama ABŞ Kosmik Qüvvələrinin generalı Maykl Qyutleyn rəhbərlik edir. Tramp səlahiyyət müddəti bitmədən sistemi 2029-cu ilə qədər tamamlamağı hədəfləyir.

Bununla belə, ABŞ Konqresinin Büdcə Ofisi (CBO) hesab edir ki, bütün layihə növbəti 20 il ərzində 831 milyard dollara başa gələ bilər.

ABŞ və Yaponiya əvvəllər raketdən müdafiə sahəsində birgə işləyiblər. İki ölkə, xüsusilə kosmosda düşmən döyüş başlıqlarını hədəf alan önləmə sistemlərinin inkişafı sahəsində birgə layihələr həyata keçirib. Hesab edilir ki, Yaponiyanın “Qızıl Günbəz”dəki rolu qabaqcıl radar texnologiyaları və orbital əsaslı önləmə sistemlərinə diqqət yetirə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Qızıl-Günbəz   Yaponiya  


Bizi "telegram"da izləyin