Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Səfərdə əsas diqqət Türkiyə HHQ-nin inventarında olan “F-4E/2020 Terminator” döyüş təyyarələrinin ASELSAN tərəfindən hazırkı və gələcək əməliyyat ehtiyaclarına uyğun olaraq hazırlana bilən yerli və milli həllər ilə modernləşdirilməsi, onların imkanlarının artırılması üçün potensial təkmilləşdirmələr olub.
Təşkil edilən yüksək səviyyəli toplantıda ASELSAN tərəfindən hazırlanan, F-4E/2020 təyyarələrinin missiya effektivliyini və sağ qalma qabiliyyətini artıra bilən qabaqcıl texnologiya həllərinin inteqrasiya imkanları hərtərəfli qiymətləndirilib.
Toplantıdan sonra nümayəndə heyəti ASELSAN-ın istehsal, inteqrasiya və sınaq infrastrukturlarını əhatə edən obyektlərə geniş baxış keçirib, şirkətin müdafiə, aviasiya sahələrində mövcud məhsul və sistemləri haqqında ətraflı məlumat alıb.
İlk dəfə 1974-cü ildə Türkiyə HHQ-nin inventarına daxil olan “F-4 Phantom II” təyyarələri uzun illər Türkiyə hava məkanının və sərhədyanı əməliyyatların qorunmasında mühüm rol oynayıb.
Sevinc Əliyeva
Ordu.az