Peskov Ukrayna ilə bağlı memoranduma dair kompromis imkanlarını şərh edib

2025/04/1745596430.jpg
Oxunub: 368     14:47     03 İyun 2025    
Rusiyanın Ukrayna nizamlanması ilə bağlı memorandumun ayrı-ayrı bəndləri üzrə kompromis imkanları danışıqlar prosesində müəyyən edilməlidir.

Ordu.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, danışıqlar prosesi açıq olmamalıdır.

"Bu, açıq şəkildə keçirilməməli olan danışıqlar prosesinin mövzusudur", - o vurğulayıb.

Dünən İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən görüşləri şərh edən Kremlin sözçüsü danışıqlarda irəliləyişlər gözləməyin yanlış olduğunu söyləyib. Bununla yanaşı, o, mühüm razılaşmaların əldə edildiyini diqqətə çatdırıb.

"İstanbulda müəyyən razılaşmalar əldə edilib, onlar vacibdir. Bu razılaşmalar həyata keçiriləcək", - Peskov bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Ukrayna  


Bizi "telegram"da izləyin