Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, Avropanın Uzun Mənzilli Hücum Yanaşması (ELSA) proqramı çərçivəsində həyata keçirilən layihədə qanadlı raketlərdən daha çətin tutulduğu üçün ballistik raketlərə üstünlük verilib.
Fransa mövcud texnoloji infrastrukturu ilə NATO-ya müasir uzun mənzilli hücum sistemləri təklif etməyi hədəfləyir.
Yeni raketin 2030-cu illərdə inventara daxil olacağı gözlənilir.
MBDA, "Airbus" və "Safran" arasında əməkdaşlıq olan "ArianeGroup" layihənin görkəmli adları arasındadır.
Sevinc Əliyeva
Ordu.az