Ukrayna prezidentinin ofis rəhbəri ABŞ-a səfər edəcək

2025/06/1748933024.jpg
Oxunub: 440     10:35     03 İyun 2025    
Ukrayna prezidentinin ofis rəhbəri Andrey Yermak ABŞ-a səfər edəcək.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu mənbə bildirib.

"Ofisin rəhbəri Andrey Yermak ABŞ-a uçur", - mənbə bildirib.

Səfərin məqsədi dəqiqləşdirilmir.

Dünən Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ABŞ tərəfi ilə iqtisadi və müdafiə sazişləri üzrə danışıqlar aparılır. Onun sözlərinə görə, Ukrayna ABŞ-a azad ticarət haqqında sazişlər də təklif etmək istəyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin