Yaponiya GCAP gecikməsi halında əlavə F-35 alışını nəzərdən keçirir

2025/05/1748683765.jpg
Oxunub: 421     15:07     04 İyun 2025    
Yaponiya Böyük Britaniya və İtaliya ilə birlikdə həyata keçirdiyi, 2035-ci ildə istifadəyə veriləcək yeni nəsil döyüş təyyarəsi layihəsi olan GCAP ilə bağlı şübhələrini artırarkən, bu məqsədə çatmağın mümkün olmaması halında ABŞ istehsalı olan F-35 döyüş təyyarələri və ya mövcud F-2 parkının təkmilləşdirilməsi kimi müvəqqəti həlləri qiymətləndirir.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

2022-ci ildə başlanan, “Mitsubishi Heavy Industries”, “BAE Systems” və “Leonardo” ilə birgə həyata keçirilən GCAP layihəsi, Yaponiyanın fikrincə, Avropadakı tərəfdaşlar lazımi aktuallığı göstərmədiyi üçün təxirə salınır.

“Reuters” agentliyinə iki mənbə bildirib ki, layihə 2040-cı ilə qədər fəaliyyətə başlaya bilər. Yaponiya Müdafiə Nazirliyi 2035 hədəfinin hələ də qüvvədə olduğunu rəsmən bildirir.

Yaponiya Çin və Rusiya hava elementlərinə qarşı kifayət qədər maneə törətmək üçün F-35-lərin alışını artırmağı düşünür. Hazırda 147 ədəd F-35 sifariş edən Yaponiya ABŞ-dən kənarda bu sahədə ən böyük istifadəçidir. 2019-cu ildə ozamankı Baş nazir Şinzo Abenin verdiyi 105 ədəd F-35 sifarişi ABŞ-nin ozamankı prezidenti Donald Tramp tərəfindən müsbət qarşılanmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   GCAP  


Bizi "telegram"da izləyin