Tramp Putinin İstanbul danışıqlarında iştirakdan imtinasının əsas səbəbini açıqlayıb

2025/05/1747295005.jpg
Oxunub: 437     11:36     15 May 2025    
Ağ Ev rəhbəri Donald Tramp özünü Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə İstanbul danışıqlarında iştirakdan imtina etməsinin əsas səbəbi adlandırıb.

Ordu.az xarici mətbuata istinadən xəbər verir ki, D.Tramp bunu Dohada Qətərin biznes dairələri ilə danışıqlar zamanı bildirib.

"Əgər mən orada yoxamsa, o niyə getsin? Mən lap əvvəldən Putinin mənim iştirakım olmadan danışıqlarda iştirak edəcəyinə şübhə edirdim", - Tramp qeyd edib.

O, həmçinin bildirib ki, əgər lazım gələrsə, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirak etmək üçün mayın 16-da İstanbula gəlməyə hazırdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Putin   İstanbul  


Bizi "telegram"da izləyin