ABŞ “G20” sammitində iştirakdan imtina edib

2024/11/1731473269.jpg
Oxunub: 556     22:29     14 May 2025    
ABŞ noyabrda Cənubi Afrika Respublikasında keçiriləcək “G20” sammitinə hazırlığı dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” ABŞ prezidenti Donald Trampın administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

“Ağ Evin Milli Təhlükəsizlik Şurası ABŞ agentliklərinə və departamentlərinə bu il Cənubi Afrikanın ev sahibliyi etməsi planlaşdırılan “G20” konfransı ilə bağlı işləri dayandırmaq əmri verib", - məlumatda deyilir.

Qeyd edilib ki, bu qərar uzun idarələrarası koordinasiya və hazırlıq tələb edən tədbirdə iştirakın məqsədəuyğunluğu ilə bağlı əvvəllər müzakirələrin aparıldığı administrasiya daxilində qeyri-müəyyənliyi aradan qaldırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   G20  


Bizi "telegram"da izləyin