Çadda təyyarə qəzaya uğrayıb, ölənlər var

2024/06/1717564677.jpg
Oxunub: 547     21:44     14 May 2025    
Çadda Zakouma Milli Parkında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə “Journal du Tchad” informasiya portalı məlumat yayıb.

Qeyd olunub ki, insident kərgədanların izlənilməsi zamanı baş verib. Təyyarə yaxınlıqdakı heyvanı aşkar etmək üçün manevr edərkən qəzaya uğrayıb.

Təyyarədə iki nəfər olub, hər ikisi ölüb. Onlardan biri Cənubi Afrikadan olan pilot, digəri isə qoruğun əməkdaşı olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Təyyarə   Qəza  


Bizi "telegram"da izləyin