KİV: Ceblada toqquşma zamanı azı 13 Suriya hərbçisi həlak olub - YENİLƏNİB

2025/03/1741283983.jpg
Oxunub: 867     22:42     06 Mart 2025    
Suriyanın Cebla şəhərində ölkənin keçmiş prezidenti Bəşər Əsədin silahlı tərəfdarları ilə toqquşmalarda yeni hökumətin dövlət təhlükəsizlik idarəsinin azı 13 əməkdaşı həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Suriyanın "Syria TV" telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Ceblada ölkənin təhlükəsizlik qüvvələri ilə qruplaşma üzvləri arasında silahlı toqquşmalar hələ də davam edir. Məlumata görə, Suriya ordusu silahlılara qarşı mübarizə aparmaq üçün əlavə qüvvələr toplayır.

Suriyanın SANA xəbər agentliyi Qətərin “Əl-Cəzirə” telekanalının operatorunun döyüşləri işıqlandırarkən yaralandığını bildirib. Agentliyin məlumatına görə, Suriyanın keçmiş prezidentini dəstəkləyən silahlı qruplaşmalar Latakiya vilayətinin Beyt Ana bölgəsində hərbi obyektlərə, həmçinin Suriya Müdafiə Nazirliyinə məxsus maşınlara hücum ediblər.

***

Suriyanın Cəblə şəhərində keçmiş Prezident Bəşər Əsədi dəstəkləyən silahlı qruplarla toqquşmalarda ölkənin Dövlət Təhlükəsizlik İdarəsinin azı 13 əməkdaşı həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, bu, Bəşər Əsədin devrilməsindən sonra Suriyada baş verən ən böyük toqquşmadır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Toqquşma  


Bizi "telegram"da izləyin