Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp İranın amerikalı hərbçiləri öldürəcəyi təqdirdə bunun qəbul edilə bilən həddi aşmaq anlamına gəlib-gəlməyəcəyi barədə suala münasibət bildirib.
“Bəli, bu yaxşı səbəb olardı. Sizinlə səmimi danışacağam. Əgər onlar amerikalı hərbçiləri öldürsəydilər, düşünürəm ki, mən bunu çox tez edərdim. Bəli, bu çox maraqlı sualdır”, - deyə ABŞ Prezidenti vurğulayıb.
Bundan əvvəl İran və ABŞ rəsmiləri atəşkəs rejiminin vəziyyəti ilə bağlı bir-birinə zidd açıqlamalar vermişdilər.
Tramp ötən gün razılaşmanın “bu həftəsonu” əldə oluna biləcəyini bildirsə də, İranın xarici işlər naziri “əhəmiyyətli prosesin” baş vermədiyini bəyan edib.
Sevinc Əliyeva
Ordu.az