Ordu.az xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət mediası KCNA məlumat yayıb.
Kimin Kanq Kon Hərbi Akademiyasına səfəri Şimali Koreyanın Ukraynaya qarşı müharibəsini dəstəkləmək üçün Rusiyaya minlərlə hərbi qulluqçu, eləcə də sursat və hərbi avadanlıq göndərməsindən sonra baş verib.
Eyni həftə ərzində ölkənin başqa bir elit kadr hazırlığı müəssisəsi olan Kim İr Sen Siyasət Universitetini də ziyarət edən Kim Çen In hərbi qulluqçuları sadiq və fədakar olmağa çağırıb.
KCNA-nın məlumatına görə, Kim hərbi akademiyaya son səfəri zamanı məktəbin səhv idarə olunmasını və təlim obyektlərinin fəaliyyətini tənqid edərək, onun partiyasının güclü ordu quruculuğunda “müasirlik və qabaqcıl xarakter” axtarışına cavab vermədiyini deyib.
Sevinc Əliyeva
Ordu.az