Rusiyanın missiya qrupu Böyük Britaniya yaxınlığında izlənilib

2025/01/Ekran-1735989183.jpg
Oxunub: 433     15:31     04 Yanvar 2025    
Böyük Britaniya Müdafiə Nazirliyi 2025-ci il yanvarın 1-də yayımladığı açıqlamada Kral Hərbi Dəniz Qüvvələrinin Milad bayramı zamanı Britaniya adaları yaxınlığından keçən Rusiya hərbi dəniz missiya qrupunu izlədiyini bildirib.

Ordu.az xəbər verir ki, HMS “Somerset” adlı “Type 23” sinfinə məxsus freqat dekabrın 27-də Şimal dənizində Rusiyanın RFS “Soobrazitelny” korveti və MV “Sparta II”, MV “General Skobelev” dəstək gəmiləri aşkar edildikdən sonra tapşırıq alıb.

HMS “Somerset” ekipajı tətil məzuniyyətini yarımçıq qoyaraq, “Devonport” Dəniz Bazasından sürətlə hərəkət edib və qalın dumanlı hava şəraitinə baxmayaraq, gəmilərin 500 mil boyunca hərəkətlərini izləyib.

Dover boğazından keçərək, La-Manş boğazına daxil olan Rusiya gəmiləri HMS “Somerset”in təkmil sensorları vasitəsilə izlənilib.

Missiya boyunca 814 Dəniz Hava Parkına məxsus 1 “Merlin” helikopteri əlverişli hava şəraitində hava kəşfiyyatı və görüntüləmə dəstəyi təmin edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Britaniya  


Bizi "telegram"da izləyin