Myanma hərbi xuntası 6 minə yaxın məhbusu azad edəcək

2025/01/1735980586.jpg
Oxunub: 491     12:37     04 Yanvar 2025    
Myanma hərbi hökuməti ölkənin Müstəqillik Günü ilə əlaqədar amnistiyaya əsasən, 180-i əcnəbi olmaqla 5 min 864 məhbusu azad edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” Myanmanın dövlət mediasına istinadən məlumat yayıb.

Myanma 2021-ci ilin əvvəlindən - hərbçilərin seçilmiş mülki hökuməti devirdiyi və etiraz aksiyalarını vəhşicəsinə əzdiyi və ümummilli silahlı üsyanın alovlandığı vaxtdan bəri qarışıqlıq içərisindədir.

Xuntanın hələ də həbsdə saxladığı şəxslər arasında ölkənin keçmiş lideri, Nobel mükafatı laureatı Aun San Su Çji də də var.

79 yaşlı qadın təhrik və seçki saxtakarlığından tutmuş korrupsiyaya qədər 14 cinayət ittihamı üzrə 27 illik cəzasını çəkir. Vəkillərinin sözlərinə görə, o, bütün ittihamları rədd edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Myanma   Məhbus  


Bizi "telegram"da izləyin