İtaliya səfiri İran XİN-ə çağırılıb

2024/11/1732086996.jpg
Oxunub: 443     12:34     04 Yanvar 2025    
İran İtaliyanın Tehrandakı səfiri Paola Amadeini Xarici İşlər Nazirliyinə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, rəsmi Tehran bu addımı İtaliyanın İran vətəndaşı Məhəmməd Abedini həbsdə saxlamağa davam etməsinə etiraz olaraq atıb.

Qeyd edək ki, bundan əvvəl də İtaliya xarici işlər naziri Antonio Tacani jurnalist Sesiliya Salanın həbsinə görə, İran səfirini XİN-ə çağırmağı tapşırmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   İran  


Bizi "telegram"da izləyin