Türkiyənin müdafiə və aviasiya sənayesi ixracatı 7 milyard dollar təşkil edib

2025/01/2025--1735975212.jpg
Oxunub: 495     16:18     04 Yanvar 2025    
Türkiyənin müdafiə və aviasiya sənayesi ixracatı NATO və xidmət ixracatları da daxil olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz artımla 7 milyard dollar təşkil edib.

Ordu.az xəbər verir ki, müdafiə və aviasiya sənayesinin illik ixracatını qiymətləndirən Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün NATO və xidmət ixracatları da daxil olmaqla, 29 faiz artımla 7 milyard dollara çataraq, yeni rekorda imza atdıqlarını açıqlayıb.

Görgün açıqlamasında bildirib:

“2024-cü ildə müdafiə və aviasiya sənayesi ixracatımız NATO və xidmət ixracatları da daxil olmaqla, 29 faiz artımla 7,154 milyard dollara çataraq, yeni rekorda imza atdı! Bu rəqəm 2024-cü il hədəfimiz olan 6,5 milyard dollardan 11 faiz çoxdur. Cənab Rəcəb Tayyib Ərdoğanın güclü liderliyi ilə dünya səhnəsində öz sınanmış texnologiyalarımızla oyun qaydalarını yenidən yazır və 180 fərqli ölkəyə məhsul ixrac edərək, Türkiyənin adını qürurla duyururuq. Beynəlxalq əməkdaşlıq fəaliyyətlərimiz və əlaqələrimiz sayəsində şirkətlərimiz təkcə müəyyən bir bölgəyə deyil, demək olar ki, bütün dünyaya ixracat həyata keçirə bilib. Müdafiə sənayesi məhsullarımız və qabaqcıl texnologiyalarımız ilə yeni üfüqlər açmağa, rekordlar qırmağa və Türkiyənin texnoloji gücünü gələcəyə daşımağa davam edəcəyik! 2025-ci ildə də yüksək əlavə dəyərli məhsulların ixracını daimi olaraq artırmağı qarşıya məqsəd qoyaraq, eyni əzmlə işimizi davam etdirəcəyik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə   Sənaye  


Bizi "telegram"da izləyin