Ordu.az xəbər verir ki, bu barədə “Reuters” FTB nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, elektrik avtomobilinin partladılmasında şübhəli bilinən Metyu Layvelsberqer, ehtimal ki, travma sonrası stress pozğunluğundan əziyyət çəkib, Trampa qarşı heç bir ədavəti olmayıb.
FTB sözçüsü təsdiqləyib ki, müstəntiqlər Nyu Orlean və Las-Veqasdakı terror aktları arasında əlaqə tapmayıblar.
Qeyd edək ki, “Cybertruck” elektrikli pikapı Las-Veqasda 64 mərtəbəli “Trump International Hotel”in yanında partladılıb. Hadisə nəticəsində ən azı bir nəfər həlak olub, daha yeddi nəfər xəsarət alıb.
Ordu.az