“US Steel” şirkətinin rəhbəri Baydeni korrupsiyada ittiham edib

2025/01/1735967654.jpg
Oxunub: 353     03:39     04 Yanvar 2025    
ABŞ prezidenti Cozef Baydenin Yaponiyanın “Nippon Steel” şirkətinin ABŞ-nin polad istehsalçısı “US Steel” tərəfindən alınmasını əngəlləmək qərarı utancverici və siyasi korrupsiya nümunəsidir.

Ordu.az xəbər verir ki, bu fikri “US Steel”in direktoru Devid Burritt bildirib.

Onun bəyanatında deyilir: “Baydenin bugünkü qərarı biabırçı və korrupsiyadır. Bu, onun həmkarlar ittifaqı rəhbərinə verdiyi siyasi mükafatdır və şirkətimizin gələcəyinə, işçilərimizə, milli təhlükəsizliyimizə zərər verməkdir. O, bizim əsas milli təhlükəsizlik müttəfiqimiz olan Yaponiyanı təhqir edib və Amerikanın rəqabət qabiliyyətini təhlükə altına qoyub”.


Şirkətin direktoru hesab edir ki, amerikalı işçilər daha yaxşısına layiqdirlər: “Bizə Amerika üçün ən yaxşı sövdələşməni necə əldə etməyi bilən və bunu əldə etmək üçün çox çalışan prezident lazımdır. Biz Baydenin siyasi korrupsiyasına qarşı mübarizə aparmağa sadiqik”.

Qeyd edək ki, Bayden Yaponiyanın “Nippon Steel” şirkətinin ABŞ polad istehsalçısı “US Steel” tərəfindən alınmasına mane olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   Korrupsiya  


Bizi "telegram"da izləyin