Zelenski: Tramp Putini dayandıra bilər

2025/01/1735878009.jpg
Oxunub: 419     00:30     03 Yanvar 2025    
Amerika Birləşmiş Ştatlarının gələcək Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini dayandırmağa qadirdir.

Ordu.az “UNIAN“a istinadən xəbər verir ki, bu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenski qeyd edib ki, o, artıq ABŞ-ın seçilmiş prezidenti ilə bir neçə dəfə danışıb. Onun fikrincə, Tramp “güclü və gözlənilməzdir”.

“Mən istərdim ki, prezident Trampın gözlənilməzliyi ilk növbədə Rusiya Federasiyasına aid olsun. İnanıram ki, o, həqiqətən də müharibəni bitirmək istəyir. Bunun doğru olduğuna inanıram”, - Zelenski əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Tramp   Putin  


Bizi "telegram"da izləyin