Zaxarova: “İrəvan Aİ və Avrasiya İqtisadi Birliyi arasında strateji seçimə tezliklə aydınlıq gətirməlidir”

2026/06/1782479557.jpg
Oxunub: 203     17:04     26 İyun 2026    
“Ermənistan Avrasiya İqtisadi Birliyi (AİB) və Avropa İttifaqı (Aİ) arasında strateji seçim məsələsinə mümkün qədər tez cavab verməlidir”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasında bildirilib.

Zaxarova qeyd edib ki, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya liderlərinin 29 mayda Astanada qəbul etdiyi bəyanatda Ermənistanın Aİ ilə yaxınlaşmasının Avrasiya İqtisadi Birliyi üzv dövlətlərinin iqtisadi təhlükəsizliyi üçün ciddi risklər yaratdığı vurğulanıb.

Onun sözlərinə görə, sənəddə AİB ölkələrinin maraqlarına mümkün ziyanın qarşısının alınmasının vacibliyi xüsusi olaraq qeyd olunub.

“Buna görə də strateji seçim məsələsinə, elə Ermənistanın Baş naziri Nikol Paşinyanın özünün də çağırdığı kimi, İrəvan tez bir zamanda cavab verməlidir”, - Zaxarova bildirib.

O əlavə edib ki, bu qərarın gecikdirilməsi regionda iqtisadi və siyasi riskləri artıra bilər və prosesin mümkün qədər tez aydınlaşdırılması vacibdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin