SEPAH Hörmüz boğazını keçməyə çalışan üç xarici tankeri geri qaytarıb

2026/06/1782384258.jpg
Oxunub: 185     16:26     26 İyun 2026    
Hörmüz boğazını keçməyə çalışan ən azı üç xarici neft tankeri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xəbərdarlığından sonra geri qayıdıb.

Ordu.az xəbər verir ki, bu barədə "Al Jazeera" İran dövlət televiziyasına istinadən məlumat yayıb.

Bu gün İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Hörmüz boğazından keçid sxemi İranla koordinasiya edilməli və ABŞ ilə imzalanmış İslamabad Anlaşma Memorandumunun beşinci bəndinin müddəalarına əsaslanmalıdır.

"Əks halda, qeyd olunan paralel marşrutun fəaliyyəti dayandırılacaq", - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   SEPAH   İran  


Bizi "telegram"da izləyin