Hərbi qulluqçuların sağlamlığı daim diqqət mərkəzindədir - FOTOLAR

2026/06/929bc-17824804030.jpg
Oxunub: 281     17:20     26 İyun 2026    
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

26 İyun - Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti yeni istifadəyə verilən idman zalında və Baş Klinik Hospitalda təcili tibbi yardım bölməsində yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib ki, müasir tələblərə cavab verən idman zalı hərbi qulluqçuların fiziki hazırlığının və dözümlülüyünün yüksəldilməsi üçün zəruri olan bütün alət və avadanlıqlarla təchiz olunub.

Sonra Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Təcili tibbi yardım bölməsində olan rəhbər heyətə yeni istifadəyə verilmiş təcili tibbi yardım avtomobilləri və bölmədə olan tibbi avadanlıqlar barədə məlumat verilib.

Bildirilib ki, bu avtomobillər təxliyə olunan hərbi qulluqçulara ilkin tibbi yardımın göstərilməsi üçün ən müasir avadanlıqlarla təmin edilib.

Bu da hərbçilərə göstərilən təcili və təxirəsalınmaz tibbi yardımın keyfiyyətinin artırılmasına xidmət edir.










Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-qulluqçu   Sağlamlıq   Ordu   MN  


Bizi "telegram"da izləyin