Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Mamicanyan çıxışında ölkədə seçki hüququnun, siyasi azadlıqların və məhkəmə müstəqilliyinin pozulduğunu iddia edib.
O bildirib ki, vətəndaşları seçmək hüququndan məhrum edən, hər gün siyasi rəqiblərini həbs etdirən və bütün hakimiyyət qollarını öz əlində cəmləşdirməyə çalışan siyasətçi “diktator” adlandırılmalıdır.
“Ermənistan vətəndaşlarının səsləri oğurlanıb. Dövlət sektorunda çalışanlara təzyiqlər göstərilməsi, qanunların seçici şəkildə tətbiq olunması, məhkəməyədək həbsdən həddindən artıq istifadə edilməsi, siyasi motivli polis zorakılığının lazımi səviyyədə araşdırılmaması və məhkəmə hakimiyyətinin müstəqilliyinin zəiflədilməsi ATƏT-in müşahidə missiyasının Ermənistan parlament seçkiləri ilə bağlı ilkin hesabatında da öz əksini tapıb.
2026-cı ilin iyun ayında keçirilən parlament seçkilərində üç seçki məntəqəsinin nəticələrinin etibarsız sayılması səbəbindən minlərlə seçici səsvermə hüququndan məhrum olub. Qanun təkrar səsvermə keçirilməsini tələb etsə də, hakimiyyət bu tələbi yerinə yetirməyib”, - deyə Mamicanyan vurğulayıb.
Erməni deputat bildirib ki, bunun nəticəsində müxalifət partiyalarından biri cəmi bir neçə yüz səs fərqi ilə keçid həddini aşa bilməyib və həmin səslər faktiki olaraq onlardan alınıb. O iddia edib ki, bütün bu pozuntular hakim partiyanın parlamentdə beşdə üç çoxluq əldə etməsi məqsədilə həyata keçirilib.
Alpər Mövludoğlu
Ordu.az