Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Onun sözlərinə görə, Ermənistan vətəndaşları öz siyasi iradələrini azad şəkildə ifadə ediblər və seçicilərin əksəriyyəti sülhün, demokratiyanın, Türkiyə ilə münasibətlərin normallaşdırılmasının və Avropa inteqrasiyasının dərinləşdirilməsinin lehinə səs verib.
“Müxalifətin tələbi ilə üç seçki məntəqəsinin nəticələri etibarsız hesab edilib və hazırda məsələ Ermənistanın Konstitusiya Məhkəməsində araşdırılır. Ermənistan hüquqi dövlət olaraq azad və müstəqil institutlara malikdir və 2018-ci il inqilabının əsas səbəblərindən biri də əvvəlki dövrdə ədalətli seçkilərin təmin olunmaması idi. Beynəlxalq sorğular Ermənistan vətəndaşlarının səsinin dəyərli olduğunu düşündüyünü göstərir”, - deyə o qeyd edib.
Qazaryan çıxışında bəzi şəxslərin saxlanılması məsələsinə də toxunaraq bildirib ki, həmin şəxslərin bir qismi seçicilərə rüşvət verməyə cəhd ittihamı ilə həbs edilib.
O, həmçinin seçkilərin xarici müdaxilə və siyasi-iqtisadi təzyiqlərlə müşayiət olunduğunu iddia edib və bu təsirlərin ictimai rəyə təsir etmək məqsədi daşıdığını bildirib.
Alpər Mövludoğlu
Ordu.az