Ordu.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.
Lebedev qeyd edib ki, hazırda belə bir sabitləşmə üçün əsasların olub-olmaması ilə bağlı sual müsbət cavablandırıla bilər.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hazırda Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində olmadığını bəyan edib və MDB çərçivəsində əməkdaşlığın da davam etdiyini bildirib.
MDB baş katibi əlavə edib ki, təşkilatın bu gün keçirilən iqtisadi şurasının iclasında Ermənistanın səlahiyyətli nümayəndəsi iştirak edib, sənədləri imzalayıb və prosesdə aktiv şəkildə iştirak göstərib.
Lebedev vurğulayıb ki, MDB Ermənistanla əməkdaşlığın davam edəcəyinə ümid edir: “Hər şeyin yaxşı olacağına inanırıq”.
Alpər Mövludoğlu
Ordu.az