“Reuters”: Vens və Rubio Yaxın Şərq nizamlanması məsələsində fərqli mövqelərə sahibdir

2026/06/1782479518.jpg
Oxunub: 183     17:01     26 İyun 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio Yaxın Şərqdəki münaqişə və İsrailin hərbi əməliyyatları ilə bağlı fərqli yanaşmalara malikdirlər.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, amerikalı rəsmilər arasında xüsusilə İsrail məsələsinə münasibətdə fikir ayrılıqları ABŞ-İran arasında anlaşma memorandumunun imzalanmasından sonra daha da qabarıb.

“Reuters” yazır ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası İranla müharibə fonunda vahid mövqe nümayiş etdirməyə çalışsa da, ötən həftə Vens və Rubionun açıqlamaları xüsusilə İsrailə yanaşma baxımından fərqlənib.

Vitse-prezident Cey Di Vens Ağ Evdə çıxışı zamanı İsraili tənqid edərək bildirib ki, İsrail Müdafiə Ordusunun (SAXAL) Livanın paytaxtı Beyruta endirdiyi zərbələr ABŞ-nin sülh səylərinə zərər vurur. Onun sözlərinə görə, bu addımlar “Hizbullah”ın zəiflədilməsi məqsədini daşısa da, Vaşinqtonun diplomatik təşəbbüslərinə mənfi təsir göstərir.

Bunun əksinə olaraq, ABŞ dövlət katibi Marko Rubio İsrail ordusunun Livandakı əməliyyatlarını dəfələrlə müdafiə edib. Onun fikrincə, bu hərbi addımlar “Hizbullah”ın fəaliyyətinə verilən cavab kimi əsaslandırılır.

Agentlik qeyd edir ki, bu fərqli mövqelər ABŞ administrasiyasında zahiri birliyin olmasına baxmayaraq, xarici siyasət məsələlərində ciddi fikir ayrılıqlarının mövcud olduğunu göstərir və bu, Ağ Ev üçün əlavə çağırışlar yaradır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   Rubio   ABŞ  


Bizi "telegram"da izləyin