STM ROTA: İnkişaf edən texnologiyalarla işçilər yeni bacarıqlar əldə etməlidirlər

2024/12/1735291336.jpg
Oxunub: 457     15:21     04 Yanvar 2025    
STM ekspertləri tərəfindən yazılan məqalələrdən ibarət olan STM ROTA “Müdafiə Sənayesində Performans İdarəetməsinin Önəmi və Yeni Nəsil Performans İdarəetmə Sistemləri” adlı bloq yazısını dərc edib.

Ordu.az xəbər verir ki, bloq yazısında müdafiə sənayesinin strateji əhəmiyyəti və sürətlə inkişaf edən strukturu sayəsində hər gün böyüyən bir sektor olduğu bildirilib.

Qeyd edilib ki, bu sektorda performansın idarə edilməsi daxili səmərəliliyi artırmaqla yanaşı, həm də milli təhlükəsizliyə və qlobal rəqabət qabiliyyətinə töhfə verir.

“Müdafiə sənayesində işçilərin biliyi, texniki bacarıqları və uyğunlaşma qabiliyyəti böyük əhəmiyyət kəsb edir. Buna görə də, performansın idarə edilməsi işçilərin güclü tərəflərini vurğulamaqda və onların təkmilləşdirmə sahələrini dəstəkləməkdə mühüm rol oynayır. İnkişaf edən texnologiyalarla işçilər öz biliklərini yeniləməli və yeni bacarıqlar əldə etməlidirlər. Performans idarəetmə sistemləri sayəsində fərdi və komanda performansları müntəzəm olaraq qiymətləndirilir. Yüksək performanslı işçilərin mükafatlandırılması motivasiya və sədaqəti artıraraq, təşkilat daxilində müsbət iş mühiti yaradır. Performans idarəetmə sistemləri də keçmişdən bu günə qədər əhəmiyyətli inkişaflar göstərib. Ənənəvi qiymətləndirmə metodlarından rəy yönümlü, daha dinamik və rəqəmsal dəstəklənən sistemlərə qədər təkamül prosesi var”, - deyə bloq yazısında vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: STM   ROTA  


Bizi "telegram"da izləyin