KAI İraqa 93,7 milyon dollar dəyərində KUH tədarük edəcək

2024/12/1735203467.jpg
Oxunub: 491     14:37     04 Yanvar 2025    
Cənubi Koreyanın müdafiə şirkəti “Korea Aerospace Industries Ltd.” (KAI) İraqa 93,7 milyon dollar dəyərində Koreya Ümumi Məqsədli Helikopteri (KUH) tədarük edəcək.

Ordu.az xəbər verir ki, helikopterlərin təhvil verilməsi 2029-cu ilin martına qədər başa çatacaq.

Ötən ilin sentyabrında İraq hökuməti Cənubi Koreya istehsalı olan KM-SAM II (Cheongung II) orta mənzilli hava hücumundan müdafiə sistemini alacağını açıqlayıb.

KM-SAM Cənubi Koreyanın Müdafiə Agentliyi (ADD) tərəfindən hazırlanıb və “LIG Nex1” tərəfindən istehsal edilib. 8 batareyadan ibarət bu müdafiə sistemi üçün İraq 2,63 milyard dollar ödəyəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KAI   İraq   KUH  


Bizi "telegram"da izləyin