Ordu.az xəbər verir ki, “KZ Mekatronik” bu inkişafı “Linkedin” hesabında paylaşıb.
“Qoşunlarımız tərəfindən NATO-nun birgə təlimlərində istifadə edilərkən, böyük uğur qazanan USAS Dəniz Tipli Uzaqdan İdarə Olunan Atış Sistemimizi Rumıniya HDQ-yə ixrac etdik! USAS-ın indi Rumıniya HDQ-nin inventarına daxil edilməsi bizim üçün böyük qürur mənbəyidir. NATO təlimlərində üstün performansı ilə Rumıniya HDQ-nin diqqətini cəlb edən, üstünlük verilən məhsulun beynəlxalq səviyyədə qəbul edilməsi və dost qüvvələrin təhlükəsizliyi üçün istifadə edilməsi komandamızın fədakar əməyinin ən konkret göstəricisidir. Təşəkkür edirik və uğurlarınızın davamlı olmasını arzulayırıq!”, - deyə paylaşımda vurğulanıb.
Qeyd edək ki, Rumıniya, ABŞ, Bolqarıstan və Türkiyənin də iştirak etdiyi NATO təlimində USAS Dəniz Tipli Uzaqdan İdarə Olunan Atış Sistemindən istifadə edilib və dənizüstü atışlarda üstün müvəffəqiyyət nümayiş etdirilib.
Sevinc Əliyeva
Ordu.az