Çində 2026-cı ilə qədər bir milyona yaxın yüngül kamikadze tipli PUA üçün sifariş elan edilib

2024/12/1734944883.jpg
Oxunub: 529     13:19     04 Yanvar 2025    
Çinin Pilotsuz Uçuş Aparatı (PUA) istehsalçısı şirkəti 2026-cı ilə qədər bir milyona yaxın yüngül kamikadze tipli PUA üçün böyük bir hökumət sifarişi elan edib.

Ordu.az xəbər verir ki, bu açıqlama Çinin pilotsuz uçuş sistemlərinə sürətlə artan sərmayəsini və bunların müasir müharibə strategiyalarına inteqrasiyasını vurğulayır.

“Poly Technologies” nümayəndəsinin sözlərinə görə, bu misli görünməmiş müqavilə faktiki olaraq istehsal güclərini inhisara alıb.

“Hal-hazırda hökumətimiz üçün bir milyona yaxın PUA sifarişimiz var və tələbi qarşılamaq üçün digər müştəriləri geri çevirmək məcburiyyətindəyik”, - deyə nümayəndə qeyd edib.

PUA-ların spesifik növü və ya texniki xüsusiyyətləri ilə bağlı təfərrüatlar açıqlanmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   PUA  


Bizi "telegram"da izləyin