Fransanın Ermənistanla bağlı “tarixi qərarı”nı kim diktə edir? Oyunçular kimlərdir?

2024/01/1705918885.jpg
Oxunub: 719     14:20     22 Yanvar 2024    
Makron Fransa Silahlı Qüvvələrinə müraciətində bildirib ki, 2024-cü ildə özlərinin dəniz hüdudlarından kənardakı ərazilərinin qorunmasını təmin edəcəklər. “Böyük millətimizin üzərinə düşən vəzifələr qarşısında qalacağıq”, - deyə Makron qeyd edib. Fransa Prezidenti Balkanlar və Ermənistandan da danışıb, Ermənistanla bağlı “tarixi qərar”ı xatırladıb.

Makron söhbətin hansı tarixi qərardan getdiyi, hansı qərarı tarixi hesab etdiyi barədə ətraflı məlumat verməyib. Fransa Prezidenti Ermənistana silah satışı ilə bağlı razılaşmaları nəzərdə tutur, yoxsa o, hələ ictimaiyyətə açıqlanmayan, belə demək mümkündürsə, icrada olan qərar və ya qərarları nəzərdə tutur? Onun ölkənin silahlı qüvvələrinə müraciətində Ermənistanı qeyd etməklə nə demək istədiyini başa düşmək üçün bütün hallarda təfərrüatlar əlbəttə ki, çox vacib olacaq.

Fransanın Ermənistanı öz maraqlarının təbliği üçün əsas baza hesab etdiyi Qafqaza çox böyük diqqət yetirməsi faktı kifayət qədər “açıq gözlə” görünür. Fransa həmçinin Zəngəzurda konsulluq açmaq niyyətini açıqlayıb və böyük ehtimalla bu, 2024-cü ildə baş verəcək. Eyni zamanda, Fransa parlamenti bu yaxınlarda Azərbaycana qarşı açıq-aşkar təxribat məzmunlu yeni qətnamə qəbul edərək, yenidən sanksiyaların zəruriliyindən danışıb. Rəsi Bakı açıq şəkildə Fransanın bu hərəkətlərini Qafqazda sabitliyi pozmağa yönəlmiş hərəkət kimi qiymətləndirdi v Fransanın vəziyyəti daha da gərginləşdirdiyini ifadə etdi.

Təbii ki, Fransa Azərbaycan üçün təhlükə yaradan bir ölkə kimi daha öncə də məlum idi, lakin Bakı hazırda, ən kritik məqamda sabitliyin pozulması üçün həyata keçirilən ən kiçik təxribata belə diqqətlə yanaşır. Fransanın Azərbaycanda casus şəbəkəsi aşkar edilib, diplomatik nümayəndələrin qarşılıqlı olaraq çıxarılması baş verib. Azərbaycan-Fransa qalmaqalı bəlkə də ancaq səthi şəkildə belədir və praktikada Paris bəlkə də beləliklə o oyunçuların maraqlarına “xidmət” etməyi öhdəsinə götürür ki, onlar üçün təbii olaraq Azərbaycanın Qafqazda təsirinin artması, hətta qorunub saxlanılması arzuolunmazdır.

Bu oyunçular kimlərdir? Lakin bu, vacib, eyni zamanda birmənalı sual deyil. Bu mənada, şübhəsiz ki, Rusiyanın rolunun kifayət qədər nisbi olduğu Qafqazda Fransa-Türkiyə və Fransa-Britaniya rəqabəti mövcuddur. Nəzərə almaq lazımdır ki, Rusiya həm Britaniyanı özünün əsas rəqibi, həm də Türkiyəni Qafqazda Qərbin müttəfiqi kimi görür. Təbii ki, bu gün Ankara müstəqil oyunçu kimi reytinq və imkanlara malikdir, lakin bu məsələnin daha fərqli istiqamətidir.

Bu mənada Fransanın bölgədəki ambisiyaları ən mühüm rəqiblərə qarşı çıxmaq üçün müəyyən resursdur. Əsas məsələ ABŞ-nin vəziyyətə necə baxması, Fransanın rolunu necə görməsidir ki, bu da ABŞ-Rusiya münasibətlərindən əhəmiyyətli dərəcədə asılı olacaq. Parisin diqqətsizliyi və ən azından ritorika səviyyəsində verilən kifayət qədər kəskin bəyanatlar onu deməyə əsas verir ki, bununla belə Fransa təhlükəsizlik arxitekturasından kənarda qalmaqdan, belə demək mümkündürsə, Qafqaz da daxil olmaqla, Yaxın Şərqin böyük transformasiyası çərçivəsində “aparıcı klub”dan kənarda qalmaqdan qorxur.

Bu mənada Fransanın tək qalmayacağı, əks halda ən azı bu istiqamətdə mühüm geosiyasi məsələlərin həllində təxribatlar törədəcəyi şübhəsizdir. Paris əlbəttə ki, bunu təsəvvür edir və mümkün sxemləri nəzərdən keçirir. Ancaq bütün sual budur ki, Fransa kiminlə, hansı komanda ilə oynayacaq və eyni zamanda hansı komanda Fransa ilə oynamağa hazırdır?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Fransa   Ermənistan   Təxribat  


Bizi "telegram"da izləyin