Ordu.az-ın məlumatına görə, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Müharibə Nazirliyi və Amerikanın Narkotik Kartelləri ilə Mübarizə üzrə Koalisiyası Boliviyada Prezident Rodriqo Pasın qanuni hökumətini devirmək cəhdlərini rədd edir. Birləşmiş Ştatlar vəziyyəti izləyir", - o qeyd edib.
Heqset həmçinin ABŞ-nin koalisiya tərəfdaşlarını dəstəkləmək öhdəliyini vurğulayaraq bildirib ki, Boliviya regionda narkotik terrorçularının hökmranlıq etdiyi əvvəlki status-kvosuna qayıtmamalıdır.
Boliviyada bir neçə həftədir, yolların bağlanması ilə müşayiət olunan hökumət əleyhinə etirazlar davam edir. Hakimiyyət orqanları iğtişaşlara görə keçmiş prezident Evo Moralesin tərəfdarlarını təqsirləndirir.
Ordu.az