Ordu.az-ın xəbərinə görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara məlumat verib.
Onun sözlərinə görə, söhbət süni intellekt və elmi tədqiqatlar sahəsində Yaponiya və Amerika proqramlarının inteqrasiyasına yönəlmiş strateji tərəfdaşlıqdan gedir.
M.Kihara qeyd edib ki, müqaviləyə genişmiqyaslı birgə tədqiqat, inkişaf, eləcə də hesablama infrastrukturunun gücləndirilməsi və hesablama resurslarının paylaşılması daxildir.
O əlavə edib ki, əməkdaşlıq həmçinin kvant texnologiyaları, termonüvə sintezi, biotexnologiya və kritik materialların inkişafını da əhatə edəcək.
Ordu.az