Fon der Lyayen: "Aİ-Qərbi Balkan sammiti Avropa tarixinin növbəti səhifəsinə həsr olunub"

2025/07/1752421330.jpg
Oxunub: 140     01:30     05 İyun 2026    
Aİ-Qərbi Balkan ölkələri sammiti Avropa tarixinin növbəti səhifəsinə həsr olunub.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bunu iyunun 5-də baş tutacaq Avropa İttifaqı-Qərbi Balkan ölkələri Sammitində iştirak üçün Monteneqroya səfər edən Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.

O, bildirib ki, bütün Qərbi Balkan ölkələri Avropa tarixinin mərkəzində yerləşir. Tivata - insanların və mədəniyyətlərin əsrlər boyu qovuşduğu məkana yenidən qayıtmaq çox xoşdur:

"Bütün Qərbi Balkan ölkələri Avropa tarixinin mərkəzində yerləşir. Sammitimiz isə bu tarixin növbəti səhifəsinə həsr olunub".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lyayen    


Bizi "telegram"da izləyin