ABŞ blokadanın başlanğıcından bəri İranla əlaqəli təxminən 130 gəmini ələ keçirib

2026/05/1778995929.jpg
Oxunub: 172     00:38     05 İyun 2026    
Dəniz blokadasının başlanğıcından bəri ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 127 ticarət gəmisini ələ keçirib.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) xəbər verib.

"4 iyun tarixinə olan vəziyyətə görə, ABŞ Silahlı Qüvvələri 127 ticarət gəmisinin istiqamətini dəyişdirib, altı qayda pozan gəmini sıradan çıxarıb və 36 humanitar yardım gəmisinin keçməsinə icazə verib", - deyə məlumatda bildirilib.

Komandanlıq qeyd edib ki, ABŞ-nin İrana qarşı davam edən blokadası dənizdə, havada və quruda minlərlə Amerika əsgəri tərəfindən təmin edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Gəmi  


Bizi "telegram"da izləyin