Monteneqro və Fransa 100 milyon avro dəyərində saziş imzalayıb

2026/06/1780629041.jpg
Oxunub: 162     02:00     05 İyun 2026    
Monteneqro və Fransa arasında 100 milyon avro dəyərində saziş imzalanıb.

Ordu.az "Report"a istinadən xəbər verir ki, imzalanma iyunun 5-də Tivatda baş tutacaq Avropa İttifaqı - Qərbi Balkan ölkələri sammiti səbəbilə Monteneqroda səfərdə olan Fransa Prezidenti Emmanuel Makron və Monteneqro Baş naziri Miloyko Spayiçin iştirakı ilə baş tutub.

Monteneqronun maliyyə naziri Novitsa Vukoviç və Fransanın İnkişaf Agentliyinin icraçı direktor müavini Bertrand Valkenayerin imzaladığı sazişin dəyəri 100 milyon avrodur.

N. Vukoviç bildirib ki, Fransanın Monteneqroya etimadı həyata keçirilən islahatların nəticə verdiyinin təsdiqidir.

"Fransanın İnkişaf Agentliyi ilə imzalanan saziş daha keyfiyyətli ətraf mühitə, enerji keçidinə və ölkəmizin dayanıqlı Avropa gələcəyinə yönəlmiş bir investisiyadır", - o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Monteneqro   Fransa  


Bizi "telegram"da izləyin