Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Tramp bildirib ki, Putin və Zelenskinin görüş məsələsini müzakirə etməsi onu sevindirir.
“Onlar bunu etməlidirlər”, - deyə o vurğulayıb.
ABŞ Prezidenti müharibənin nizamlanması üçün Putindən hansı güzəştlərə getməsini istədiyini açıqlamayacağını qeyd edib.
“Onların hər ikisi güzəştlərə gedəcək. Bu güzəştləri təklif edən mən olmuşam”, - deyə Tramp bildirib.
Xatırladaq ki, daha əvvəl Volodimir Zelenski Vladimir Putinə açıq məktub ünvanlayaraq onunla görüş keçirməyi təklif etmişdi.
Sevinc Əliyeva
Ordu.az