Ordu.az xəbər verir ki, “Spike ER2” 10 km-ə qədər məsafədə hədəflərini məhv edən çoxməqsədli, çox platformalı raket sistemidir.
“Spike ER2” təkcə “atdım-unutdum” qabiliyyətinə deyil, həm də real vaxt rejimində dəyişiklikləri hədəf almağa imkan verən atəş, müşahidə və yeniləmə qabiliyyətinə malikdir.
Döyüş maşınlarına, helikopterlərə və dəniz gəmilərinə quraşdırılmaq üçün nəzərdə tutulub.
“Spike ER2”də operatorun hədəfə kilidləmədən raketi işə sala biləcəyi “atəş aç və idarə et” rejimi də var. Daha sonra o, raketi hədəfə doğru əllə idarə edə bilər.
Sevinc Əliyeva
Ordu.az