Paşinyanın keçmiş arvadına qarşı 14 iddia qaldırılıb

2026/06/1780586652.jpg
Oxunub: 216     19:22     04 İyun 2026    
Ermənistanın “Azad Müşahidəçi” ictimai alyansı Paşinyanın keçmiş arvadı Anna Hakopyana qarşı 14 iddia ərizəsi təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə “Pastinfo” nəşri məlumat yayıb.

Məlumata görə, iddialar ötən gün və ondan əvvəlki gün İnzibati Məhkəməyə təqdim olunub və qeydiyyata alınsa da, hələlik onların heç biri icraata qəbul edilməyib.

Nəşr xatırladıb ki, “Azad Müşahidəçi” seçki dövründə qanunvericiliklə qadağan olunmasına baxmayaraq, Nikol Paşinyan və onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası ilə əlaqələndirilən “Mənim Addımım” Fondu tərəfindən həyata keçirilən xeyriyyəçilik fəaliyyəti ilə bağlı pozuntular aşkar etdiyini bildirmişdi.

“Təşkilat Anna Hakopyanın 15 müxtəlif epizod üzrə məsuliyyətə cəlb olunmasını tələb edərək məhkəməyə müraciət etdiyini açıqlamışdı.

Aprelin 27-də “Mənim Addımım” Fondunun icraçı direktoru Anna Hakopyan “Azad Müşahidəçi”nin bəyanatının onun hüquqlarını pozduğunu iddia etmişdi.

“Maarifləndirilmiş Vətəndaşlar Birliyi” QHT-si, “Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisi” və “Birbaşa Demokratiya” təşkilatı daha əvvəl “Mənim Addımım” Fonduna qarşı məhkəmə iddiası qaldıraraq fondun seçki dövründə xeyriyyəçilik qadağasını pozduğuna görə inzibati məsuliyyətə cəlb olunmasını tələb etmişdi.

Lakin məhkəmə həmin iddianı düzəlişlər edilməsi üçün geri qaytarmışdı. Daha sonra əvvəlki iddia yenidən təqdim edilməyib, onun əvəzinə Anna Hakopyana qarşı 14 yeni iddia qaldırılıb”, - deyə müəllif bildirib.

Nəşr əlavə edib ki, erməni hakim Robert Makeyan ona həvalə olunan iddianı geri qaytarıb. Digər 13 iddianın icraata qəbul olunub-olunmaması ilə bağlı isə hələ qərar verilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Hakopyan   Ermənistan  


Bizi "telegram"da izləyin