Qaluzin İlham Əliyevin Rusiyaya mümkün səfəri ilə bağlı ən yaxşısına inandığını bildirib

2024/12/1734071707.jpg
Oxunub: 251     19:30     04 İyun 2026    
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya mümkün səfəri ilə bağlı danışarkən hər zaman ən yaxşısına inandığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə ТАSS agentliyi məlumat yayıb.

Bununla belə, rusiyalı diplomat Moskva ilə Bakı arasında təmasların nə vaxt və hansı səviyyədə baş tutacağına dair konkret açıqlama verməyib.

“Bilirsiniz, mən həmişə ən yaxşısına inanıram”, - deyə Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərin İlham Əliyevin Rusiyaya səfərinin gözlənilib-gözlənilmədiyi barədə sualını cavablandırarkən bildirib.

O, həmçinin TASS-ın Moskva ilə Bakı arasında təmasların vaxtı və səviyyəsi ilə bağlı sualına daqiq cavab verməyib.

“Bu barədə konkret məlumat verməyə hazır olanda, mütləq açıqlayacağıq. Bəyanatlarımıza gəlincə, onları bir qədər sonra verəcəyik. Hazır olduqda”, - deyə Qaluzin qeyd edib.

Rusiya XİN başçısının müavini vurğulayıb ki, iki ölkə arasındakı münasibətlərdə artıq gərginlik yoxdur və tərəflər belə vəziyyətin bir daha yaranmaması üçün birlikdə çalışacaqlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qaluzin   Rusiya   Azərbaycan  


Bizi "telegram"da izləyin