Ordu.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının xarici işlər nazirinin müavini Kazem Qaribabadi açıqlama verib.
O bildirib ki, sazişin mətni yalnız əldə olunan nəticə İranı qane etdiyi təqdirdə yekun hesab olunacaq.
“Vaxt çərçivəsi ilə bağlı konkret tarix deyə bilmərəm. Məqsədimiz mətni elə təkmilləşdirməkdir ki, o, bizim maraqlarımıza uyğun olsun”, - deyə Qaribabadi qeyd edib.
“ABC News” telekanalının məlumatına görə, Vaşinqton və Tehran arasında ilkin razılaşma çərçivəsində ABŞ İrandan nüvə məsələləri ilə bağlı yazılı təminatlar tələb edir.
Məlumata əsasən, ABŞ və İran arasında danışıqların əsas mövzusu atəşkəs rejiminin rəsmi şəkildə uzadılmasını, Hörmüz boğazının mərhələli şəkildə açılmasını və İranın nüvə proqramı ilə bağlı gələcək müzakirələr üçün dəqiq vaxt çərçivəsinin müəyyən edilməsini nəzərdə tutan anlaşma memorandumudur.
Sevinc Əliyeva
Ordu.az