Ordu.az xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bildirib.
Onun sözlərinə görə, bu göstərici ölkənin mülki nüvə energetikasının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Eslami bildirib ki, bu nəticə uzun illər davam edən xarici təzyiqlərə, təhdidlərə və mürəkkəb regional vəziyyətə baxmayaraq əldə olunub.
O qeyd edib ki, istehsal olunan elektrik enerjisi sayəsində 131 milyon barel neftə və ya 21,3 milyard kubmetr təbii qaza bərabər həcmdə yanacağa qənaət etmək mümkün olub.
İranın atom enerjisi qurumunun rəhbəri vurğulayıb ki, ölkənin yeganə fəaliyyət göstərən atom elektrik stansiyası bütün istismar müddəti ərzində sabit və təhlükəsiz şəkildə fəaliyyət göstərib.
Onun sözlərinə görə, stansiyanın fəaliyyəti nəticəsində atmosferə təxminən 86,3 milyon ton çirkləndirici maddənin atılmasının qarşısı alınıb. Eslami bu nəticəni İranın nüvə sahəsində yeni nailiyyəti, ölkənin texnoloji inkişafının, özünütəminetmə qabiliyyətinin və davamlılığının simvolu adlandırıb.
“Buşehr” AES İranın yeganə fəaliyyət göstərən atom elektrik stansiyası olaraq qalır və ölkənin enerji təchizatı sistemində mühüm rol oynayır.
Məlumatda həmçinin qeyd olunub ki, İran, ABŞ və İsrail arasında baş vermiş silahlı qarşıdurma zamanı atom elektrik stansiyasının yerləşdiyi ərazilər bir neçə dəfə hücumlara məruz qalıb. Bu vəziyyət mülki nüvə infrastrukturunun təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaradıb.
Buna baxmayaraq, İran tərəfinin məlumatına görə, stansiya normal fəaliyyətini davam etdirib və fasiləsiz elektrik enerjisi istehsalını təmin edib.
Sevinc Əliyeva
Ordu.az