“Eurosatory 2022”: Fransa şirkəti “Orion 2” PUA-larını təqdim edib

2022/06/Elist-1655462332.jpg
Oxunub: 7542     16:40     17 İyun 2022    
Fransanın “Elistair” şirkəti “Orion 2” adlı hərbi PUA-larını nümayiş etdirib.

Ordu.az xəbər verir ki, təqdimat 13-17 iyun 2022-ci il tarixlərində Parisdə yerləşən “Nord Villepinte” sərgi mərkəzində “Eurosatory” müdafiə və təhlükəsizlik sərgisində baş tutacaq.

Şirkətin istehsal etdiyi PUA-ların ən son nəsli olan “Orion 2” avtomatlaşdırılmış, güclü və yüksək portativ PUA-dır, geniş ərazilərdə gecə-gündüz fasiləsiz hava müşahidəsi üçün nəzərdə tutulub.

Kevlar ilə gücləndirilmiş PUA 2 kq faydalı yük daşıyır və 10 kilometrə qədər diapazonu ilə 100 metr (330 fut) hündürlükdə 24 saat fasiləsiz işləmə qabiliyyətinə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Orion  


Bizi "telegram"da izləyin