Ordu.az xəbər verir ki, ilk dəfə 2003-cü ildə xidmətə girən iki mühərrikli hücum helikopteri “Airbus Helicopters” (keçmiş “Eurocopter”) tərəfindən istehsal olunur.
“Tiger”in inkişafı Soyuq Müharibə dövründə başalyıb, əvvəlcə tank əleyhinə helikopter platforması kimi nəzərdə tutulmuşdu. Fransa və Almaniya “Tiger”i çoxfunksiyalı hücum helikopteri kimi inkişaf etdirərək onu istifadə etməyə başladılar. 2008-ci ildə əməliyyat hazırlığı son çatdı.
“Tiger” Avropada hazırlanmış ilk kompozisiya helikopteri olmaq xüsusiyyətinə malikdir, hətta ilkin modellər də şüşə kokpit, gizli texnologiya və sağ qalma qabiliyyətini artırmaq üçün yüksək çeviklik kimi digər qabaqcıl xüsusiyyətləri özündə birləşdirir. Təkmilləşdirilmiş variantlar daha güclü mühərriklərlə və daha geniş silah çeşidləri ilə təchiz edilib.
18 iyun 1999-cu ildə Almaniya və Fransa hərəsi 3,3 milyard avro dəyərində 80 helikopter sifariş verdi. Helikopter Əfqanıstan, Liviya və Malidə döyüşlərdə istifadə olunub.
Sevinc Əliyeva
Ordu.az