Ordu.az xəbər verir ki, “Sherpa A2M” yüksək intensivlikli müharibədə taktiki çağırışlara adekvat cavab verir. Sistem həm yüksək hərəkətlilik, qorunma, yaxın dəstək imkanlarına malikdir.
Şirkətlər minaatanların Xüsusi Təyinatlı Qüvvələr, eləcə də yüksək səviyyəli döyüş atışları həyata keçirən artilleriya bölmələri üçün uyğun olduğunu bildirir.
“Sherpa A2M” sistemi “Sherpa Light”ın mükəmməl hərəkət qabiliyyətini, NTGS tərəfindən hazırlanan minaatan sistemini və “Thales” tərəfindən hazırlanan 120 mm yivli minaatan lüləsini özündə birləşdirir.
“Sherpa Light” çoxməqsədli, 4x4 təklər formullu zirehli avtomobildir və “Arquus” tərədindən hazırlanıb.
Sevinc Əliyeva
Ordu.az