“Eurosatory 2022”: Litva şirkəti “Krampus Mk1” ərazi vasitəsini nümayiş etdirir

2022/06/Ostar-1655375119.jpg
Oxunub: 3982     15:46     17 İyun 2022    
Litvanın “Ostara” şirkəti Parisdə keçirilən “Eurosatory 2022” sərgisində “Krampus Mk1” adlı ərazi vasitəsini nümayiş etdirib.

Ordu.az xəbər verir ki, hibrid dizel-elektrik mühərrikli maşın əraziyə gizli yaxınlaşma təmin edir.

İki nəfərlik ərazi vasitəsi 500 kiloqramlıq faydalı yük daşıya bilir. Maşına uzaqdan idarə olunan tank əleyhinə raketlər, PUA buraxılış sistemləri və ya zenit silahları yerləşdirilə bilər.

Atəş missiyasını yerinə yetirdikdən sonra “Krampus” heyəti geri qaytara bilir. Maşın sərhəd mühafizəsi, hüquq-mühafizə, ətraf mühitə nəzarət kimi missiyalarda istifadə oluna bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Krampus   Fransa  


Bizi "telegram"da izləyin