“Eurosatory 2022”: Fransa şirkəti zirehli avtomobillərin elektrikləşdirilməsinə yeni yanaşma təqdim edir

2022/06/Texel-1655368139.jpg
Oxunub: 5582     11:43     17 İyun 2022    
Fransanın “Texelis” şirkəti ekologiyanı qorumaq istəyən hərbi operatorlar üçün təkərli zirehli avtomobillərin elektrikləşdirilməsinə yeni yanaşma təqdim edir.

Ordu.az xəbər verir ki, şirkət Parisdə keçirilən “Eurosatory” sərgisində təqdim etdiyi vasitələr avtomobillərin elektrikləşdirilməsinə imkan verir.

Şirkətin təqdim etdiyi həllər avtomobilin elektrik dizayn proqramlarından daha sürətli elektrikləşdirilməsinə imkan yaradır.

“Texelis”in təqdim etdiyi vasitələr zirehli avtomobillər üçün transmissiyaları, ötürmə qutularını, oxları və ötürmə vallarını qabaqcıl elektron texnologiyalarla inteqrasiya etməyə imkan verir.

Şirkət həmçinin MR400 adlı inkişaf etmiş mobil vasitələr təqdim edib. Bu sistem ox, güc paketi, asqı, sükan, soyutma, qaz və elektrik sistemləri də daxil olmaqla bir çox vasitəni özündə birləşdirir. Sistem iddialı, yüksək performanslı hərəkətlilik istəyən müştərilər üçün mobil həlldir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurosatory   Fransa  


Bizi "telegram"da izləyin