Bunu
Ordu.az-ın hərbi eksperti Ədalət Verdiyev Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlığı, ölkələrin müdafiə rəsmiləri arasında baş tutumuş görüşü şərh edərkən deyib.
O qeyd edib ki, bu, Ermənistanın Azərbaycan ordusuna qarşı təxribatlarının aktiv fazada olduğu müddətdə Azərbaycan müdafiə nazirinin müavini –HHM komandanı general leytenant Ramiz Tahirov və general polkovnik Kərəm Mustafayevin Türkiyə Milli Müdafiə Nazirli ilə görüşü, iki ölkə arasında on illərdir mövcud olan strateji əməkdaşlığın möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıyır.
“Türkiyənin Müdafiə naziri Hulusi Akar ilə keçirilən görüşdə Azərbaycan və Ermənistan arasında baş verən son hadisələrlə yanaşı əvvəlki ildə əldə edilən razılıqlar, hərbi sahədə müttəfiqlik əlaqələri, həmçinin keçiriləcək birgə hərbi təlimlər, təhdidlərə qarşı birgə mübarizə və s. məsələlər müzakirə edilib. Əslində bu görüşün əsas məqsədi hazırda Azərbaycan ərazilərində, xüsusilə Tovuz istiqamətində atəşkəsin pozulması ilə təxribatlara yol verən Ermənistan hakimiyyətinə xüsusi bir mesaj xarakteri daşıyır. Eyni zamanda bu görüş tək Ermənistana deyil, həm də onun havadarlarına qarşı bir əks-tədbir kimi nəzərdən keçirilə bilər”, - deyə hərbi ekspert vurğulayıb.
Ədalət Verdiyev bildirir ki, əldə olunan razılaşmalar artıq Azərbaycan və Türkiyə arasında hərbi ittifaqın qurulmasının göstəricisidir.
“Azərbaycan və Türkiyə arasında 1990-cı illərdən sonra davam edən hərbi əməkdaşlıq məsələləri bu müqavilə ilə daha da üstün bir səviyyəyə çıxarılmış, hər iki ölkə arasında həm texnoloji, həm hərbi sahədə əməkdaşlıq müqaviləsisinin önünü daha da geniş açmışdır. Bu anlaşma hər iki ölkənin üçüncü bir ölkə tərəfindən təhdidə məruz qaldığı təqdirdə bir birini qarşılıqlı olaraq dəstəkləməsinə, həm də hərbi yardım göstərməsini mümkün edir.
Bu müqavilənin imzalanması ərəfəsində Türkiyə Müdafiə Sənayesi İdarəsinin direktoru İsmail Dəmirin də Azərbaycanı dəstəklən açıqlamalar verməsi, Türkiyənin bütün imkanları ilə Azərbaycana hərbi-texniki sahədə dəstək veriləcəyini açıqlaması xüsusi önəm daşıyır. İsmayıl Dəmirin öz “Twitter” səhifəsində “Müdafiə sənayemiz, silahlı PUA-larımız, sursatlarımız, REM vasitələrimizə qədər bütün təcrübə və texnoloji imkanlarımız hər zaman Azərbaycanın əmrindədir” mesajı kifayət qədər ciddi və əhəmiyyətlidir. Belə bir kritik məqamda Ermənistanın bundan narahatlıq duymaması, bunlara reaksiyaya verməməsi, bunu nəzərə almaması mümkün deyil. Hazırda Türkiyənin həm dövlət rəhbərliyi tərəfindən, həm Türkiyə Böyük Millət Məclisi tərəfindən, həm digər korpus, ordu komandanlığı, qoşun növləri komandanları tərəfindən Azərbaycana gələn dəstək yaxın günlərdə ön xəttdə baş verən ciddi dəyişikliklərin bir siqnalı hesab oluna bilər”, - deyə hərbi ekspert sözlərini yekunlaşdırıb.
Ordu.az